Dərc edilib: 20-12-2020

https://www.nuh.az/27157-.html

Binəqədi rayon Məhkəmə İcra və Probasiya şöbəsi müştəridən beş il öncə bağlanmış borca görə pul tutur

20.12.2020 15:47:34

LIVE

Binəqədi rayon Məhkəmə İcra və Probasiya şöbəsi müştəridən beş il öncə bağlanmış borca görə pul tutur

 

2015-ci ildə çıxarılan qərara əsasən vətəndaş Abbasova Səadət Cabar qızının dövlətin ayırdığı məşğulluq kartından dekabr ayına görə 125 manat məbləğində xəbərdarlıq edilmədən pul tutulub. Nəzərinizə çatdıraq ki, adıçəkilən xanımın himayəsində azyaşlı uşaq var. Aylıq gəliri yalnız bu kartdan aldığı 241 manatdır.

 

“Unibank” beş il öncə bağlanmış iş №2(001) – 15929/2015-ci il Binəqədi Rayon Məhkəməsinin çıxardığı əmrini görə - vətəndaşın 29.XII.2015-ci il tarixində MPM-nin 282-ci maddəsini rəhbər tutaraq, 10 dekabr 2015-ci il tarixli 2(002)-15929/15 saylı əmrinin ləğv edilməsi ilə əlaqədar iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etsə də, bu işə baxılmayıb.

 

Aradan 5 il keçdikdən sonra vətəndaşın son ümidi olan aylıq gəliri 241 manatdan başqa heç bir yerdən gəliri olmayan vətəndaşın kartından dekabr ayında 241 manat puldan 125 manat tutulur. Bu ədalətsizlik deyilmi?

Vətəndaşın bu iradını görən əlaqədar təşkilatlardan xahiş edirik ölçü götürülsün. Ən azından sosial kartdan tutulan 125 manat məbləğ haqqında xəbərdarlıq edilməlidir.

 

 


 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib