Dərc edilib: 21-12-2020

https://www.nuh.az/27162-.html

Bakıda ana əvvəlcə övladlarını, sonra özünü binadan atdı

21.12.2020 10:00:22

Hadisə

Bakıda ana iki azyaşlı övladını dördüncü mərtəbədən atdıqdan sonra özü də intihar etmək üçün yerə tullanıb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gecə saatlarında Yasamal rayonunun Kənar Dairəvi yol-2 ünvanında baş verib.

1991-ci il təvəllüdlü N. C. 4 və 2 yaşlı oğlanlarını yaşadıqları evin eyvanından yerə atıb. Onların ardıyca isə özü də tullanıb.

İlkin məlumata görə, hər üçü kəllə-beyin travması alıblar, sınıq-çıxıqları və ya digər xəsarətləri yoxdur. Qadın istintaqa ilkin ifadəsində bildirib ki, əri Cavid Cəfərov narkomandır və azyaşlı oğlanlarını da narkotikə öyrəşdirmək istəyir. O deyib ki, ərinin bu hərəkətlərinə görə övladlarının narkotikə qurşanmaması üçün onları və özünü öldürmək qərarına gəlib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Ər Cavid Cəfərov izahatı alınması üçün saxlanılıb, araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib