Dərc edilib: 21-12-2020

https://www.nuh.az/27169-.html

Nazir Mikayıl Cabbarov Holcim ASC-də baş verənləri nəzarətə götürdü

21.12.2020 15:02:35

Cəmiyyət

Xeyli  müddətdir, keçmiş  Qaradağ sement zavodu, indiki Holcim ASC-də baş verən qanunsuzluqlarla  bağlı NUH.az saytının araşdırması davam edir. 

 

Qısa xatırlatma üçün qeyd edək ki, 1950-ci ildən fəaliyyət göstərən məşhur Qaradağ sement zavodu 2010-cu ildə Holcim Azərbaycan ASC-yə ( Açıq Səhmdar Cəmiyyəyə ) çevrilib.
“Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalının 90.2%-i İsveçrənin “LafargeHolcim” qrupuna, 9,8%-i yerli səhmdarlara, yəni zavodun keçmiş işçilərinə məxsudur. 


Mövzu ilə bağlı ötən 2 yazıda zavodun öz gəlirlərini saxta  yolla   MİNUS  göstərib  real  gəlirləri gizlədərək uzun illər zavodda can qoymuş keçmiş işçilərin, yəni  YERLİ  səhmdarların dividentlərini vermədiyini qeyd etmişdik. Yazıda haqlı olaraq sual qoymuşduq: Görəsən zavodun ƏCNƏBİ - FRANSIZ direktoru Frederik Guimbal bahalı kef, eyş-işrət məclislərinə necə pul  tapır, ancaq YERLİ səhmdarların pulunu vermir ?


Digər tərəfdən karonavirus bəhanəsi ilə səhmdarların ÜMUMİ YIĞINCAĞINI hər dəfə təxirə salan cənab Guimbal VİDEO-da görünən kimi  kef məclislərinə necə vaxt tapır ? 

Nə üçün  zavodun maliyyə durumu ilə bağlı səhmdarlara məlumat verilmir ?  


Ötən yazımızda daha ciddi bir məsələyə toxunmuşduq. Holcim-in istifadə müddəti keçmiş sementi necə satışa çıxarılır?

Axı, bu sementlə dövlət səviyyəli obyektlər, körpülər, evlər, yollar tikilir. Sabah bunlar başımıza uçanda kim məsuliyyət daşıyacaq ? Niyə buna nəzarət yoxdur ?


Frederik Guimbal direktor  olmazdan əvvəl  sement kisələrinin üzərinə SATIŞ ÜÇÜN DEYİL yazılırdı. Nə üçün fransız direktor köhnə bazara təzə qayda gətirdi ?

Məqsədi nədir ? Pul qazanmaq.


İndiki  3-cü yazımızın mövzusu isə Holcim zavodunun  milyonlarla vergini dövlət büdcəsindən yayındırması və dövlətə külli miqdarda  ziyan vurması ilə bağlıdır.  Bunun mexanizmini sadə formada izah etməyə çalışacağıq. Sxemə diqqətlə fikir verin, görün Guimbal milyonları necə qazanır ?


Birinci   KİSƏ  ilə sementin satılması sxeminə baxaq: 


 

             Holcim-ZAVOD          ------------   DİSTRÜBÜTÖR    --------------   PƏRAKƏNDƏ SATIŞ  

 

 

Deməli, 1. ZAVOD məhsulunu qanuni yolla DİSTRÜTOR-ə satır  və dövlətə vergi ödəyir

 

            2. DİSTRÜBÜTÖR  zavoddan aldığı sementi  PƏRAKƏNDƏ SATIŞA satır və vergini ödəyir

 

            3. PƏRAKƏNDƏ SATIŞ da  distrübütördən aldığı  sementi sataraq vergini ödəyir. 

 

Sxemdən göründüyü kimi  3 obyekt ( zavod, düstrübütör, pərakəndə satış  dövlətə vergi ödəyir ) 

 

 

İndi isə sementin TON-la satışına baxaq: 

 

 

              Holcim-ZAVOD          ------------   DİSTRÜBÜTÖR    --------------   BETON ZAVODLAR 

 

   Yenə hər  3  obyekt dövlət büdcəsinə  vergi ödəyir. 

 

Eyni sxem  KLİNKER satışında da  olur: 

 

                         Holcim-ZAVOD          ------------   DİSTRÜBÜTÖR    --------------   MİNİ SEXLƏR  

 

 

Yenə zavod da, distrübütör də, mini sexlər də  vergisini ödəyir. 

 

 İndi görək, cənab Frederik Guimbal  hansı yolla sementin satışını həyata  keçirir, daha doğrusu dövlət büdcəsinə milyonlarla ziyan dəyir. 

Onu qeyd edək ki, Frederik Guimbal direktor olanadək zavodda  sərt qaydalar olub.


Yəni hansısa  X  TİKİNTİ ŞİRKƏTİ  tikinti sahəsi və layihə barədə ZAVOD-a dəqiq məlumat verir. ZOVOD-da həmən layihə öyrənilir və tikintiyə NƏ QƏDƏR SEMENT-ə TƏLƏBAT olduğu  bəlli olur.

Və ZAVOD həmən TƏLƏBAT-a uyğun sementi üzərinə SATIŞ ÜÇÜN DEYİL yazılmış kisələrdə TİKİNTİ ŞİRKƏTİNƏ göndərir. Yəni TİKİNTİ ŞİRKƏTİ-nin qanunsuz sement satmaq və vergidən yayınmaq niyyətinin qarşısı alınır. Yəni tikinti şirkəti 100 ton tələbat əvəzinə zavoddan 100 + 50 ton alıb qalan 50 tonu  qanunsuz sata bilmirdi. 


 

Frederik Guimbal  direktor olandan sonra bu mükəmməl mexanizmi məhv etdi.

 

 Və indi hansısa tikinti şirkəti, yaxud adını OBNALİÇKA qoyduqları qanunsuz şirkətlər HOLCİM-ZAVOD-a layihə təqdim etmədən, özləri yalan TƏLƏBAT müəyyən edirlər. Bunun doğru, yoxsa yalan olduğunu ZAVOD müəyyən etmir. Tikinti şirkətinin istədiyi miqdarda sement göndərilir. Və artıq kisələrin üzərinə SATIŞ ÜÇÜN DEYİL yazılmır. Tikinti şirkəti isə tələbatdan dəfələrlə artıq aldığı sementi beton zavodları, mini sexlər, pərakəndə  satış vasitəsi ilə satdırır. Yəni  vergidən yayınır. Və qazandığı  pulları Frederik Guimballa bölüşürlər. Belə olan halda mini sexlər, pərakəndə satış və s vergidən yayınır. Qazanan Frederik, tikinti şirkətləri, "obnalişka", mini sexlər, pərakəndə satış, UDUZAN isə AZƏRBAYCAN DÖVLƏT-i olur. 

Görəsən, Fransa dövlətinin ölkəmizə qərəzli münasibəti bəs deyilmi, hələ Guimbal da bura dövlətimizə ziyan vurur.  

 

Sonuncu yazımızda  hörmətli İqtisadiyyat naziri  Mikayıl Cabbarova müraciət edirək xahiş etmişdik. Ki, cənab nazir, yuxarıda qeyd etdiyimiz 2 məsələ birbaşa Sizin səlahiyyətinizə daxildir. 

 

Vergidən yayınma məsələsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə,  müddəti keçmiş sement məsələsi isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə aiddir. 

 

MUH.az-a daxil olan məlumata görə, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarovun göstərişi  ilə Holıcim ASC-də baş verən vergidən yayınma və vaxtı keçmiş sement satışı məsələsi nəzarətə götürülüb. 

Yaxın günlərdə  bu barədə  rəsmi məlumat veriləcək. 

 

P.S. Növbəti yazıda  HOLCİM ASC-nin tərəzisində baş verənlərlə bağlı və Maliyyə direktorumim əməlləri haqqında bəhs edəcəyik. 

 



 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib