Dərc edilib: 21-12-2020

https://www.nuh.az/27171-.html

GAP-ın sədri :"Cavid Qurbanov, bu qədər pul səndə haradandır?”

21.12.2020 15:25:11

Günün sitatı

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif İbrahimov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu sərt tənqid edib.

 


A.İbrahimov deyib ki, C.Qurbanov şəhid ailələrini, qaziləri ziyarət etmir, amma işğaldan azad edilən ərazilərlə bağlı biznes planlar hazırlayan şəxslərə göstəriş verir: “Bu nə deməkdir?

Cavid Qurbanov, bu torpaqlar xalqındır, sənin mülkün deyil. Bunlar indidən biznes qururlar... Dövlət məmurusan, bu qədər pul haradandır? Məmura bizneslə məşğul olmaq qadağandır. Vətən üçün canın yanırsa, pulun çoxdursa, dövlət büdcəsinə keçir. Partiya sədri olaraq vəzifə borcum problemləri qabartmaqdır, ölkə rəhbərliyinin diqqətinə çatdırmaqdır...” /pravda.az/

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib