Dərc edilib: 21-12-2020

https://www.nuh.az/27176-.html

Azərbaycanda sabiq prezidentlərin ailə üzvlərinin təminatına 343,4 min manat ayrıldı

21.12.2020 18:43:29

LIVE

2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı xərclərinin məbləği məlum olub.

 


Pravda.az-ın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Növbəti ilin dövlət büdcəsində Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı xərcləri üçün 343,4 min manat vəsait nəzərdə tutulur.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib