Dərc edilib: 24-12-2020

https://www.nuh.az/27222-.html

Moldovanın yeni prezidenti and içib

24.12.2020 18:22:50

LIVE

Moldovanın yeni prezidenti Maya Sandu and içərək vəzifəsinin icrasına başlayıb.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Respublika Sarayında deputatlar, Konstitusiya Məhkəməsinin üzvləri və əcnəbi diplomatların iştirak etdiyi təntənəli mərasim zamanı yeni dövlət başçısı Konstitusiyaya əl basaraq and içib.

Daha sonra M.Sandu əvvəlki hökumətin istefasından sonra müvəqqəti hökumət təşkil edilmədən erkən parlament seçkilərinin keçirilməsini lazım bilib.

Xatırladaq ki, Hərəkat və Həmrəylik Partiyasının rəhbəri, keçmiş baş nazir və Avropa İttifaqı üzlüyünün tərəfdarı Maya Sandu noyabrın 15-də keçirilən seçkilərin ikinci mərhələsində 57,75 faiz səs toplayaraq Moldovanın yeni prezidenti olub. Moldovada mövcud olan parlament sistemi çərçivəsində prezident qərarlarını parlamentlə razılaşdırır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib