Dərc edilib: 25-12-2020

https://www.nuh.az/27232-.html

“Şotlandiya müstəqil olacaq”

25.12.2020 13:36:15

LIVE

Şotlandiyanın Baş naziri Nikola Stercen İngiltərə ilə Avropa İttifaqı arasında “Brexit” ticarət müqaviləsi çərçivəsində əldə edilən razılaşmanın ardından Şotlandiyanın gələcəkdə müstəqil ölkə olacağını açıqlayıb. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə o, tvitterdə yazıb. Baş nazir 2016-cı il referendumunda şotlandların təxminən üçdə ikisinin Aİ-də qalmağa səs verdiyini iddia edib.

Stercen ““Brexit”in bizdən aldığını kompensasiya edəcək bir razılaşma yoxdur. Müstəqil bir Avropa ölkəsi olaraq öz gələcəyimizi təyin etməyin vaxtı gəldi”,- deyə vurğulayıb.

Qeyd edək ki, 1707-ci ildən Böyük Britaniya krallığının bir hissəsi kimi yaşayan, böyüyən və inkişafa çalışan Şotlandiya, Birləşmiş Krallığı meydana gətirən dörd böyük quru parçasından biridir. Hər nə qədər Şotlandiya parlamenti Londona bağlı olsa da, Şotlandiyanın avtonom bir hüquq sistemi və kilsəsi mövcuddur. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib