Dərc edilib: 26-12-2020

https://www.nuh.az/27250-.html

Quba polis rəisi Bakıda vəzifəyə təyin edildi

26.12.2020 14:41:13

Maraqlı

Quba rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov yeni vəzifəyə təyin edilib.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Nemətov vəzifəsindən azad edilərək Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, ötən ay Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya məlumatı təsdiqləyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib