Dərc edilib: 26-12-2020

https://www.nuh.az/27253-.html

Kim qalib gələcək: Putin yoxsa Navalnı?

26.12.2020 18:30:00

LIVE

"İqtisad elmləri doktoru, iqtisadçı və sosioloq Vladislav İnozemtsev hesab edir ki, Vladimir Putinlə Aleksey Navalnı arasında mübarizə həlledici mərhələyə qədəm qoyub. İnozemtsev Aleksey Navalnının Bellingcat, The Insider, CNN və Der Spiegel-in bu araşdırmanın nəticəsi olaraq hazırladığı videoları Putinə ağır zərbə hesab edir. Rusiyalı politoqların böyük əksəriyyəti də Putinlə Navalnı arasında mübarizənin sonuncu mərhələsinə daxil olduğu qənaətindədirlər".

Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli bildirib.
Onun sözlərinə görə, indi təşəbbüs Navalninin əlinə keçib: 
"Bu mərhələdə kimin qalib gələcəyi ilə bağlı iki fikir mövcuddur. Həmin fikirlərdən birinə görə artıq təşəbbüs Navalninin əlindədir və beynəlxalq ictimaiyyət onu Putinin alternativi və Rusiyanın yeni lideri kimi qəbul edir. Almaniyanın kansleri xanım Angela Merkelin "Charite" hospitalına gedərək Navalnını şəxsən ziyarət etməsi müxalifət liderinin beynəlxalq aləm tərəfindən Rusiyanın yeni lideri kimi qəbul edilməsinin təsdiq nöqtəsi hesab edilir. Putinin avtoritar hakimiyyətinin əsas dayağı olan xüsusi xidmət orqanları, güc strukturları Rusiya ictimiayyətinin nəzərində legitimliklərini itiriblər. Bütün bunlara görə bir çox politoqlor iki lider arasında mübarizənin son mərhələsinin qalibinin Navalnı olacağını qeyd edirlər.
Putinin Rusiyada qeyri-məhdud hakimiyyətə malik olduğunu qeyd edən politoqlar hesab edirlər ki, "duel”də hansı silahdan istifadə olunacağını da o müəyyən edir. Belə bir şəraitdə isə rəqibin qalib gəlmək şansı olmur. Belə ehtimallar var ki, Putin Navalnını öldürmək fikirindən vaz keçməyib və necə olur-olsun bu niyyətini həyata keçirəcək. Ona görə mübarizənin son mərhələsinin qalibinin Putin olacağını iddia edirlər".

NUH informasiya agentliyi səhifəsindən çap edilib