Dərc edilib: 27-12-2020

https://www.nuh.az/27268-.html

70 gün erməni əsirliyində qalan Emin Baxşəliyev nələr danışdı... - Video

27.12.2020 22:17:49

Region

14 il öncə ordu sıralarında gizir olaraq xidmətə başlayan Yevlax sakini Emin Baxşəliyev Vətən müharibəsində döyüşlərin birində ayağından yaralanıb.

 

 Xəzər TV   xəbər verir ki, o, beş gün yaralı halda döyüşüb, hərbçi yoldaşlarını döyüş meydanından çıxarıb. Geri qayıdarkən isə düşmən tərəfə əsir düşüb.

70 gün əsirlikdə çəkdiyi məşəqqətlər, iztirablar gözlərinin dərinliyində, baxışlarında həkk olsa da, heç danışmır bunlardan Emin. Deyir, Vətəninə qovuşacağı günə inamını bir an belə itirməyib.

Baxşəliyevlər ailəsindən hazırlanan reportajı təqdim edirik:

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib