Dərc edilib: 28-12-2020

https://www.nuh.az/27278-.html

Namidə İsayeva ilin fəal gənci seçildi. FOTO

28.12.2020 13:01:03

Hadisə

Zamanından asılı olmayaraq mədəniyyətimizi, muğamımızı daim yorulmadan sosial şəbəkələrdə təbliğ edən və izləyici kütləsi tərəfindən sevilərək izlənilən “Azərbaycan mədəniyyəti” layihəsi sosial platformadır.

 

Qrupun  14 min  izləyicisi var. Layihədə   müxtəlif xalq mahnıları,  korifey sənətkarlar  haqqında məlumat verilir. 

 

Qrupun  izləyiciləri  arasında   xeyli sayda  xarici vətəndaşlar da var  və onlar da  layihəni maraqla  qarşılayır. 

 

Layihənin  məqsədi  müasir gənclər  arasında milli- mənəvi dəyərləri təbliğ etmək, ali məktəblərdə konsert proqramı təşkil etməkdir.

 

Layihənin rəhbəri Nicat Müslümovdur.

 

Bir neçə fəal gəncə, media işçilərinə layihə  adından diplom verilib.

 

Bu sırada  teleaparıcı, Lider tv-nin  “Status” verilişinin aparıcısı  Namidə İsayeva da var.

 

Layihədə əməyi keçən, layihəyə dəstək olan bir neçə gənc  diplom və sertifikatla  mükafatlandırılıb. 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib