Dərc edilib: 29-12-2020

https://www.nuh.az/27287-.html

Rusiyada tanınmış rəqqasə güllələndi

29.12.2020 13:39:40

Kriminal

Moskvada tanınmış rəqqasə Natalya Pronina öldürülüb.

 

“Qafqazinfo” xəbər verir ki, ona naməlum şəxs tərəfindən atəş açılıb.

Bildirilir ki, şübhəli şəxs məşqdən çıxan rəqqasəyə yaxınlaşaraq silahı işə salıb.

Rusiya KİV orqanları yazır ki, Pronina uzun illər millət vəkili (adı açıqlanmır - red.)  ilə sevgili olub, lakin deputatın xanımı məsələdən xəbərdar olan kimi cütlük münasibətini bitirib. Buna baxmayaraq deputatın xanımı rəqqasəni daim təhdid edib.

Polis bu iddialarla bağlı araşdırmaya başlayıb.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib