Dərc edilib: 29-12-2020

https://www.nuh.az/27288-.html

Hindistanda ilk sürücüsüz METRO xətti açıldı

29.12.2020 13:48:44

LIVE

Hindistanda ilk sürücüsüz metro xətti istifadəyə verilib.

 

 “Qafqazinfo” xəbər verir ki, nəqliyyat vasitəsi Yeni Dehli Metrosunun Magenta marşrutu üzrə hərəkət edəcək.

Açılışda iştirak edən Baş nazir Narendra Modi “İlk sürücüsüz metro xəttinin açılması Hindistanın texnologiyada nə qədər sürətlə irəlilədiyini göstərir”,- deyə qeyd edib.

O, 2014-cü ildə ölkənin 5 metro xətti olduğunu, bu gün sayın 18-ə çatdığını bildirib. Baş nazir 2025-ci ilə qədər metro xətti olan şəhərlərin sayını ən azı 25-ə çatdırmağı planlaşdırdıqlarını söyləyib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib