Dərc edilib: 30-12-2020

https://www.nuh.az/27303-.html

“Azərbaycanda 15-17 yaşlı qızlar hər il 3 000-ə yaxın uşaq doğur"

30.12.2020 13:55:26

Reportaj

“15-17 yaş həddində qız uşaqları hər il orta hesabla 3 000-ə yaxın uşaq dünyaya gətirir”.

 


 “Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2019-cu il üzrə illik məlumatı təqdim edərkən deyib. 

 

Hesabatda bildirilir ki, gender bərabərliyinin əsas göstəricilərdən biri olan reproduktiv sağlamlıq baxımından bu məsələ çox önəmlidir. Komitə sədri qeyd edib ki, müşahidə edilən problemlərdən biri də cins balansının pozulmasıdır: 

“Ölkəmizdə hər 100 qız uşağına 105-107 oğlan düşür. Aparılmış sorğular nəticəsində hələ də kişilərin 49,5 faizi ailədə qızları yük kimi qəbul edir. 

 

Ölkənin müəyyən qurumlarında qadınların təmsilçiliyi də artıb. Milli Məclisdə 2005- ci ildə 13 qadın təmsil olunurdusa, hazırda bu say 22 nəfərə çatıb. İndi ölkədə 1 nazir, 3 səfir qadın fəaliyyət göstərir.  Bələdiyyə sahəsində qadınların iştirakı kifayət qədərdir.

 

Müsbət məqamlardan biri də odur ki, qeyri-neft sektoruna göstərilən qayğıdan qadınlar da faydalanır. 2020-ci il göstəricilərinə əsasən, 200 min qadın sahibkar qeydiyyatdan keçib”.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib