Dərc edilib: 31-12-2020

https://www.nuh.az/27313-.html

Rəsul Quliyev İlham Əliyevi təbrik etdi

31.12.2020 10:39:34

İqtisadiyyat

“2020-ci il Azərbaycan xalqı üçün ən böyük sınaq ili oldu. İlin əvvəlindən bəşəriyyətin üzərinə yeriyən koronavirus adlı ölüm Azərbaycanda da saçmağa başladı”.


“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, daha sonra neftin bir barelinin qiyməti 10 dollara qədər ucuzlaşdı. Azərbaycan xalqı çətinliklərə qatlaşdı: “Lakin hakimiyyətin yanında qaya kimi dayandı. Ermənistanın artıq DQ və işğal edilmiş torpaqlar barədə heç bir danışıqlar aparmaycağını “Qarabağ bizimdir, nöqtə” bəyənatını verdi.
Qərbin, Minsk qrupunun DQ probleminin həllinin bir yolu var o da danışıqlar. Minsk qrupu Azərbaycanın torpaqlarının işğal olunması ilə razılaşmaqdan başqa çarəsinin qalmadığını qəbul edəcəyini və DQ, Laçın və Kəlbəcəri ermənilərə verməklə problemi həll edəcəyinə inanırdı.
Birincisi Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyindən hər gün söylədiyi nağıllara inanırdılar. İkincisi Azərbaycan xalqının öz taleyi ilə həmişə barışdığını tarixi fakt kimi qəbul edirdilər. 
Çünki Rus imperiyası 1828-ci ildən heç bir erməninin yaşamadığı Azərbaycan torpaqlarına ermənilərin kütləvi şəkildə köçməsini təşkil etdi. Torpaqları zorla azərbaycanlılardan alıb ermənilərə verəndə demək olar ki, müqavimətə rast gəlmədi. Ancaq bu cəhdlərə baxmayaraq erməniləri min illərlə Azarbaycan torpaqları İrəvan və Naxçıvan xanlıqlarına kütləvi şəkildə köçürdə bilmədi. 
1918-ci ildə Azərbaycanın öz torpaqlarını ermənilərə verməklə Ermənistan adlı dövlətin yaradılmasını təşkil etməsi ağlasığmaz nadanlıq idi. Bu tarixi faktlara söykənmiş məkrli ermənilər Azərbaycanın taleyi ilə barışacağına inanırdı.
Ancaq belə olmadı. Azərbaycan xalqı Prezidentin, ordusunun ətrafında yumruq kimi birləşdi və ağır çəkiclə Ermənistanın başına zərbə endirdi. Minsk qrupunun heç bir üzvü bu müharibənin belə tez qurtaracağına inanmırdı. Xüsusilə Ermənistan informasiya vasitələrinin döyüş meydanından verdiyi ağ yalan informasiyaları Makron kimi səthi ağıla malik olanları hələ də Ermənistanın Azərbaycanı məğlub edəcəyinə inanırdılar. 
2020-ci il ilk dəfə Azərbaycan xalqının döyüş meydanında düşməni darmadağın etməsi və işğal olunmuş torpaqlarının azad edilməsi ilə nəticələndi. Bu münasibətlə Azərbaycan xalqını, generalları, zabitləri, əsgərləri, ordunun Ali Baş Komandanını yeni il münasibətilə təbrik edirəm. Gələcək işlərində uğurlar arzulayıram. 
Azərbaycan xalqı sınaqdan üzü ağ çıxdı. Bu xalqa məmurlar, inzibatı təşkilatlar mane olmasa, özünü saxlamaq, ordusunu məqlubedilməz etmək qabiliyyətinə malikdir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib