Dərc edilib: 31-12-2020

https://www.nuh.az/27315-.html

Ehtiyac meyarı 170, yaşayış minimumu 196 manat təsdiqləndi

31.12.2020 13:39:47

LIVE

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə  2021-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu təsdiqləyib. 

“Qafqazinfo” xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilib. 
 
***

Dövlət başçısı bundan başqa Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında qanunu da imzalayıb. 
 
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2021-ci il üçün ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib