Dərc edilib: 01-01-2021

https://www.nuh.az/27323-.html

Rusiyada hakimiyyət davası: "Şimal ayısı"nı nə gözləyir?

01.01.2021 11:34:00

LIVE

"Əgər bizim problemlər kontekstindən yanaşsaq, Putinin Avrasiya trendi və onun Ərdoğanla əməkdaşlığı, gələcək sahibləri qarşısında xal toplamağa çalışan "namizədlərin” hədəfinə çevrilə bilər".

Qaynarinfo xəbər verir ki, bunu sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib. O qeyd edib ki, təhlilçilərin əksəriyyəti "Putin erasının” sona çatdığını və "taxta” namizədlər arasında qarşıdurmanın başlandığını deyirlər.
"Bir çox rusiyalı və xarici təhlilçilərin "Kremlin qüllələri" arasında hakimiyyət və nüfuz mübarizəsinin hazırki vəziyyəti haqqında düşünmək istəyirəm. Lakin hətta "irs” yox, təsir dairələri uğrunda mübarizədən danışsaq, bu mübarizənin təzahürlərini yalnız siyasi və iqtisadi təsir imkanları uğrunda rəqabətdə deyil, həmçinin həmin namizədlərin postsovet məkanında xarici siyasətin istiqamətlərinə baxışlarında da görürük. Hesab edirəm ki, "bu "namizədlər” "dünyanın əsas oyunçularının” və yaxud "taleləri həll edən pərdəarxası iştirakçıların” dəstəklərini qazanmağı öz fəaliyyətlərinin əsas istiqamətlərindən biri hesab edirlər” sözlərini ifadə etsəm, yeni heç nə danışmayacam. Və əgər bizim problemlər kontekstindən yanaşsaq, Putinin Avrasiya trendi və onun Ərdoğanla əməkdaşlığı, gələcək sahibləri qarşısında xal toplamağa çalışan "namizədlərin” hədəfinə çevrilə bilər. Bir qədər mürəkkəb oldu, lakin, düşünürəm, hər kəs başa düşdü. Daha aydın olsun deyə, onu əlavə etmək olar ki, "namizəd” adlandırdığımız şəxslərin hamısı Rusiya hakimiyyətinin güc blokundan, ilk növbədə, xüsusi xidmət orqanlarındandırlar".

NUH informasiya agentliyi səhifəsindən çap edilib