Dərc edilib: 03-01-2021

https://www.nuh.az/27342-.html

Amerikada qadın edam olunacaq - 68 il sonra ilk

03.01.2021 11:11:46

LIVE

Amerikada 68 ildən sonra ilk dəfə qadın məhkum edam ediləcək.


"Qafqazinfo" xəbər verir ki, 52 yaşlı Liza Montqomeri yanvarın 12-də edam olunacaq. Onun ötən ilin dekabrın 8-də edam edilməsi gözlənilsə də, bu baş tutmayıb.

Xatırladaq ki, L. Montqomeri 2004-cü ildə ağır cinayət törədib. Belə ki, o, 23 yaşındakı hamilə qadını boğaraq öldürüb. Daha sonra isə qarnını yararaq uşağı oğurlamağa cəhd edib.

Qeyd edək ki, qadın məhkum özü 4 uşaq anasıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib