Dərc edilib: 03-01-2021

https://www.nuh.az/27349-.html

Metroda maşinistlər qadın olacaq (FOTO)

03.01.2021 20:15:13

LIVE
Rusiyanın paytaxtı Moskva metrosunda ilk qadın maşinistlər sərnişinlərə xidmət göstərməyə başlayıb.

Qaynarinfo Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva metrosunun mətbuat xidməti məlumat yayıb.
"Bu gün Filevsk xəttinə qadın maşinistin idarə etdiyi ilk qatar buraxılıb. O, işə başlamazdan əvvəl bir illik təlim keçib. Onunla birlikdə daha 12 qadın metropoliten qatarlarını idarəetmə hüququ alıb. Növbəti il azı 50 qadın maşinistin işə düzəlməsi planlaşdırılır”, - deyə Moskva merinin müavini Maksim Liksutov bildirib.
O qeyd edib ki, qadın maşinistlər üçün xüsusi forma hazırlanıb. Onlar qatarları idarə etmək üçün geyim forması olaraq ya yubkanı ya da şalvarı seçə bilərlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib