Dərc edilib: 04-01-2021

https://www.nuh.az/27350-.html

Prezident və xanımı Teymur Rəcəbovu təbrik etdi

04.01.2021 11:30:40

Siyasət

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qrossmeyster Teymur Rəcəbovu möhtəşəm qələbə münasibətilə təbrik ediblər.


"Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:

"Airthings Masters" şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.

Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik".

NUH informasiya agentliyi səhifəsindən çap edilib