Dərc edilib: 05-01-2021

https://www.nuh.az/27358-.html

Deputatdan Qarabağ qazisini təhqir edən Tolikə sərt tənqid

05.01.2021 09:24:25

Reportaj

"Tolik qazimizi təhqir edib. Tolik çalışdığı Xəzər TV-nin keçmiş rəhbəri Şamxal Həsənovun səviyyəsində olan bir adamdır. Belə olmasaydı, ona veriliş yaratmazdı". 

Qaynarinfo xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycan televiziyalarında ciddi problemlər var: 
"Bir İlham Mirzəyev də var idi. Bir neçə il Xalqa "Psixoloq seansları" verdi. Sonra tutdular. O da Vaqif Mustafayev səviyyəsində idi. Bir alim, bir şair, bir sənətkar və elm adamı televiziya üzü görə bilməz. Televiziya rəhbərilərinin təfəkkürlərinə Alışanov təfəkkürünün radioaktiv tullantıları hopub. İstədikləri özbaşınalıqları edirlər. İslahatlar universitetlər, Elmlər Akademiyası və televiziyalardan başlamalıdır. Bunların hər üçünün ictimai rəyə təsiri yoxdur. Vətən müharibəsində qazanılan Böyük Qələbənin qədrini bilməliyik. Donuq təfəkkürlər, şəxsi mənafeyini ictimai mənafeyin tapdağına salan insanlarla üzülüşmək vaxtıdır. Qələbəni insan kapitalının inkişafına və tərəqqiyə yönəltməliyik".

NUH informasiya agentliyi səhifəsindən çap edilib