Dərc edilib: 05-01-2021

https://www.nuh.az/27361-.html

Bakıda 12 yaşlı qız itkin düşüb - Foto

05.01.2021 11:29:26

LIVE

Bakıda dünən 12 yaşlı qız itkin düşüb.


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində yaşayan 12 yaşlı Ləman Şahbazova yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb.

Evdən çıxarkən əynində göy cins şalvar, qara rəngli idman ayaqqabısı və çəhrayı gödəkçə olub.  

Şəkildə gördüyünüz qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 305-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib