Dərc edilib: 06-01-2021

https://www.nuh.az/27372-.html

Eldar Həsənovun yeni vəkili

06.01.2021 13:02:06

Kriminal

Azərbaycanın həbsdə olan sabiq baş prokuroru, keçmiş səfir Eldar Həsənovun yeni vəkilinin kimliyi məlum olub.

 


“Qafqazinfo”nun verdiyi xəbərə görə, bundan öncə E.Həsənovun hüquqlarını tanınmış vəkil Adil İsmayılov müdafiə edirdi. A.İsmayılov dekabrın 3-də koronavirus xəstəliyindən vəfat edib.

İndi isə sabiq prokuror E.Həsənov vəkil Adəm Məmmədovla müqavilə bağlayıb. Adəm Məmmədov artıq Eldar Həsənovla Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında görüşüb.

Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib