Dərc edilib: 07-01-2021

https://www.nuh.az/27385-.html

ABŞ-da Konqresin binasında atışma- ölənlərin sayı 4

07.01.2021 09:46:36

Reportaj

ABŞ-da Konqresin binasında atışma olub.

 


“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, açılan atəş nəticəsində 1 qadın yaralanıb. Onun vəziyyəti ağırdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın tərəfdarları Kapitoliyaya daxil olublar. Etirazçılarla polis arasında toqquşma baş verib.

***

ABŞ-da Konqresin binasındakı iğtişaşlar zamanı yaralanmış qadın dünyasını dəyişib.

Bu barədə “NBC” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən xəbər verib.

***

ABŞ-ın Kapitoliya binasında atışma nəticəsində ən az beş nəfər yaralanıb, birinin vəziyyəti ağırdır. Bu barədə “Sky News” telekanalı xəbər verib. 

***

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub. 

"TASS" xəbər verir ki, bu barədə paytaxt polisinin rəhbəri Robert Konti mətbuat konfransında bildirib

NUH informasiya agentliyi səhifəsindən çap edilib