Dərc edilib: 07-01-2021

https://www.nuh.az/27391-.html

Azərbaycanda bələdiyyə sədri narkotikdən öldü ŞOK

07.01.2021 14:00:06

İqtisadiyyat

İsmayıllı rayonunda meyiti tapılan Göyçay rayon Bəydövül kənd bələdiyyəsinin sədri Ramil Yusifovun ölümü ilə bağlı detallar məlum olub.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, R.Yusifov İsmayıllının İvanovka kəndində bir günlük kirayə ev tutaraq qız tanışı ilə orada gecələyib.

Daha sonra isə onun meyiti tapılıb. Bədəni üzərində xəsarət izi aşkar edilməyib. Onun narkotik vasitələrin həddən artıq istifadəsi nəticəsində öldüyü ehtimal edilir. R.Yusifovun meyitinin yanından narkotik vasitələr də aşkar edilib. 

İstintaq onların metamfetamin və marixuana olduğunu ehtimal edir. Lakin maddələrin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilib.

Hadisənin müəmmalı tərəfi budur ki, R.Yusifovla birlikdə İvanovkaya gələn qız dostu yoxa çıxıb. Hazırda istintaq həmin şəxsin yerini müəyyənləşdirməyə çalışır.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib