Dərc edilib: 08-01-2021

https://www.nuh.az/27409-.html

Zülfüqarov: "Artıq ermənilərin Rusiyaya heç bir ehtiyacı qalmır..." (VİDEO)

08.01.2021 15:33:41

Kriminal

"Co Bayden administrasiyası indiki mərhələdə ermənipərəst imicə malikdir".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. O bildirib ki, onun diaspor nümayəndələri ilə bəzi bəyanatları onu göstərir ki, uzun müddət olmayan bir ermənipərəst administrasiya hakimiyyətə gəlib:
"Təbii ki, bu, Azərbaycan üçün müəyyən təhlükələr yaradır. Bu təhlükələr ondan ibarətdir ki, artıq Ermənistanın siyasətində qərbpərəst elementlər daha da güclənəcək. Bu bəllidir. Çünki artıq Ermənistanın Qərbyönlü siyasətinə heç bir maneə olmaycaq. İndi onların Qərblə inteqrasiyası daha da güclənəcək. Artıq Rusiyaya onların heç bir ehtiyacı qalmır".
Tofiq Zülfüqarov qeyd edib ki, buna dəstək olaraq Qərb siyasətçiləri də bu mərhələdə Ermənistana dəstək verəcəklər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib