Dərc edilib: 08-01-2021

https://www.nuh.az/27411-.html

Bakıda QAR olacaqmı ?

08.01.2021 20:59:13

Dünya

“Bakıda yaxın həftələr ərzində qar yağmayacaq”.


“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, iqlim dəyişmələri anomal hadisələrdir:

“Hazırda heç kim deyə bilməz ki, 2012-ci ildəki kimi şaxtalı proses təkrarlanmayacaq. Əgər qar gözlənilsə, 3 gün qabaqcadan proqnozlarımızı əhaliyə çatdıracağıq”.

U. Tağıyeva xatırladıb ki, yaxın illərdə- 2012-ci ilin fevral ayında Azərbaycanda qış soyuq keçib: “Nabrandan Sumqayıta qədər Xəzər dənizinin donması müşahidə olunurdu. Bildirmək istəyirəm ki, etibarlı proqnozlar 3-4 günü əhatə edən proqnozlardır”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib