Dərc edilib: 10-01-2021

https://www.nuh.az/27428-.html

Həbs olunan "Azərxalça" sədri Vidadi Muradov kimdir? (DOSYE)

10.01.2021 12:40:59

Maraqlı

"Azərxalça" ASC-nin idarə heyətinin sədri Vidadi Muradov həbs olunub.

Qaynarinfo xəbər verir ki, xalçaçı-ekspert, tarix elmləri doktoru olan Vidadi Aydın oğlu Muradov eyni zamanda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Xalçaşünaslıq" sektorunun müdiri, "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvüdür.
O, 5 mart 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. 
1974-1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində "İqtisadiyyatın təşkili” ixtisası üzrə təhsil alıb. 
1980-ci ildən etibarən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərmişdir. 1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan "Azər-ilmə” elmi tədqiqat və istehsalat mərkəzini təsis edib.
"Yeni Azərbaycan" Partiyasının üzvüdür.
Ailəlidir, üç övladı var.

NUH informasiya agentliyi səhifəsindən çap edilib