Dərc edilib: 10-01-2021

https://www.nuh.az/27434-.html

Şuşaya döyüşməyə gəlmiş livanlı MARAL itkin düşüb

10.01.2021 17:16:18

Kriminal

44 günlük müharibə dövründə Ermənistan tərəfindən Qarabağa xeyli sayda muzdlu döyüşçünün gətirilməsi barədə kifayət qədər sübutlar var. Lakin ermənilər real faktları inkar edərək, hər vəchlə bu xəbərləri danırlar.

Artıq müharibə bitib və xaricdə yaşayan ermənilər indi qapı-qapı gəzərək öz itkinlərini axtarırlar.
Sfera.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində itkin düşməsi barədə məlumat paylaşılan xarici ölkə vətəndaşlarından biri Maral Nadjaryandır. O, həyat yoldaşı ilə birlikdə Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Livandan Qarabağa gəlib.
Məlumata görə, Nadjaryan Şuşa şəhərində itkin düşüb.
"Fotodakı şəxs livan ermənisi Maral Nadjaryandır. O, Şuşada itkin düşüb. Ehtimal edilir ki, hazırda əsirdir. Müharibə vaxtı Maral "vətəni” xilas etmək üçün Qarabağa gəlib. Evin kişisi düşmən tərəfindən öldürülüb, Maral isə itkin düşüb”, - deyə Armin Danielyan adlı erməni bildirib.//azvision.az
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib