Dərc edilib: 10-01-2021

https://www.nuh.az/27435-.html

Ərdoğan “WhatsApp”dan imtina etdi

10.01.2021 19:37:08

Günün sitatı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gizlilik prinsiplərinin dəyişməsi səbəbindən “WhatsApp” tətbiqindən imtina edib.


“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin ofisinin yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, Ərdoğan sabahdan etibarən “WhatsApp” mesajlaşma qruplarını “Turkcell”in şifrəli mesajlaşma tətbiqi olan “BiP”ə köçürəcək.

Qeyd edək ki, “WhatsApp” yanvarın 4-də “Məxfilik siyasəti”ni yeniləmiş və istifadəçilərinə yenilənmiş qaydaları qəbul etmələri üçün bildiriş göndərmişdi. Yeni şərtlərdə istifadəçilərin hesab məlumatlarının, mesajların əsas məzmununun, olduqları yer barədə məlumatların “Facebook”a aid şirkətlərlə paylaşılması irəli sürülüb. Bu yenilik yalnız Avropa Birliyi ölkələrinə şamil olunmayacaq.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib