Dərc edilib: 10-01-2021

https://www.nuh.az/27437-.html

Qırğızıstanda prezident və parlament seçkiləri başa çatdı

10.01.2021 19:51:16

LIVE

Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri və respublikada idarəçilik formasının müəyyənləşdirilməsi ilə bağlı referendum keçirilib.

 


“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu haqda Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şaydabekova Bişkekdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, seçki məntəqləri artıq bağlanıb. Saat 18.00-a olan məlumata görə, prezident seçkilərində seçicilərin 33,13, referendumda isə 33,08 faizi iştirak edib.

Qırğızıstan qanunları ilə referendumda seçicilərin 30 faizindən çoxu səs verdikdə referendum baş tutmuş hesab olunur.

Xatırladırıq ki, prezident seçkilərinə 17 namizəd qatılıb. Onların arasında siyasətçilərlə yanaşı məmurlar, biznesmenlər, güc strukturlarının nümayəndələri də var.

Qeyd edək ki, seçkilərin nəticələrindən sonra ölkənin parlament, yaxud prezident idarə formasına keçməsi dəqiqləşəcək. Hazırda Qırğızıstanda qarışıq idarəetmə forması mövcuddur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib