Dərc edilib: 11-01-2021

https://www.nuh.az/27439-.html

ABŞ-da silahlı şəxs 5 nəfəri öldürdü

11.01.2021 09:46:56

Dünya

ABŞ-ın Çikaqo şəhərində silahlı şəxs tərəfindən hücum aktı törədilib.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxs eyni gündə, fərqli bölgələrdə təsadüfi şəxslərə atəş açıb.

Çikaqo polisinin yaydığı məlumatda adı Ceyson Naytinqeyl olan şəxsin günün müxtəlif vaxtlarında aralarında qadın da daxil olmaqla 7 nəfərə atəş açdığı bildirilib. Onlardan 2 nəfərin yaralandığı, 5 nəfərin isə həyatını itirdiyi qeyd edilib.

Ölənlər arasında universitet tələbəsinin olduğu məlum olub.

Saxlanılan şəxs barəsində digər cinayət faktları da ortaya çıxıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib