Dərc edilib: 11-01-2021

https://www.nuh.az/27447-.html

Ancaq qadınlardan ibarət kənd: kişilər qadağandır (VİDEO)

11.01.2021 14:16:14

Mədəniyyət

Dünyanın bir çox yerində qadınlar şiddət və təcavüzə məruz qalırlar. Xüsusilə bəzi üçüncü dünya ölkələrində qadınlara qarşı zorakılığa görə cəzalar belə verilmir. Hətta qadınlara təcavüz edildikdə, yenə onlar günahkar olur.Əslində son illərdə bu mövzuda aparılan işlər ilə qadınların hüquqları bütün dünya üzrə təmin olunmağa çalışılır. Qanunların işləmədiyi və yaxud da olmadığı yerlərdə isə qadınların özləri mübarizə aparırlar.

Eynilə Keniyada olduğu kimi. Keniyada kişi şiddətindən və təcavüzündən qaçan qadınlar Umoja adlı bir kənd qurublar. Bu kəndə kişilərin girməyi qəti qadağandır.
Umoji kəndi Keniyanın paytaxtı Nayrobiyə 380 km uzaqlıqda olan Samburu əyalətində yerləşir. Samburuda qadınlarla ikinci dərəcəli insanlar kimi davranılır. Onların hər hansı bir mülkiyyətə sahib olmaları qadağandır, ərlərinin "mülkü" kimi görünürlər.
Digər tərəfdən burada gənc qızlar yaşlılarla məcburi evlənməyə, təcavüzə və məişət zorakılığına məruz qala bilərlər. Təcavüzə məruz qalan qadınlar ərləri tərəfindən "çirklənmiş" olduqları üçün tərk edilir. Bütün bu hadisələr görə, 1990-cı ildə Rebekka Lolosoli adlı bir qadın qadınlara qarşı zorakılıqdan və zorla evləndirilməkdən qaçanlar üçün 14 qadınla birlikdə bu kəndi qurublar.//Unikal.org 

NUH informasiya agentliyi səhifəsindən çap edilib