Dərc edilib: 11-01-2021

https://www.nuh.az/27449-.html

Gürcüstanın adı dəyişdi - SAKARTVELO

11.01.2021 17:28:52

LIVE

Litvada rəsmi sənədlərdə Gürcüstan dövlətinin adı bundan sonra Sakartvelo adlandırılacaq.


“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Litva Dili Dövlət Komissiyasının sədri Audris Antanaitis açıqlama verib.

“Bu andan etibarən Sakartvelo rəsmi addır”,- deyə Antanaitis qeyd edib.

Bildirilib ki, yenidən adlandırma qərarı iki il əvvəl verilib. O zaman Antanaitis, Gürcüstan yerinə ölkənin ikinci qeyri-rəsmi adı olan “Sakartvelo” adının istifadə edilməsini təklif etmişdi.

“Cəmiyyətin bu adı qəbul etmək istəyini görmək üçün keçid dövrü keçdi. Cəmiyyətdə qeyri-adi sürətlə kök saldığı göz qabağındadır. Bunun 20 ildə baş verəcəyini proqnozlaşdırmışdım, ancaq iki il çəkdi. Bu, həqiqətən gözlənilməz oldu”,- deyə sədr sözlərinə əlavə edib.

Qeyd edək ki, komissiya 21 dekabr 2020-ci ildə dövlətlərin rəsmi adlarını təyin edən sənəddən “Gruzija” sözünü çıxarıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib