Dərc edilib: 12-01-2021

https://www.nuh.az/27462-.html

ABŞ yenidən Kubanı terroristlərə dəstək verən ölkələr siyahısına saldı

12.01.2021 14:24:17

Günün sitatı

ABŞ-ın hazırkı prezidenti Donald Tramp administrasiyası yenidən Kubanı beynəlxalq terrorizmə dəstək verən dövlətlərin siyahısına salıb.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo açıqlamasında bildirib.  

“Dövlət Departamenti terrorçulara sığınacaq verərək beynəlxalq terror aktlarına dəfələrlə yardım etdiyinə görə Kubanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına daxil etdi", - deyə Pompeo  qeyd edib.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama Kubanı 29 may 2015-ci ildə terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib