Dərc edilib: 16-01-2021

https://www.nuh.az/27505-.html

SMS- icazə ləğv olunur

16.01.2021 12:23:00

Hadisə

2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib