Dərc edilib: 17-01-2021

https://www.nuh.az/27523-.html

Bakıda qəzada dili tutulan 27 yaşlı qız necə danışdı?

17.01.2021 12:56:56

LIVE

 

Bakıda yeni il gecəsi yüngül avtomobil qəzası keçirən 27 yaşlı qızın qorxudan dili tutulur. Belə ki, avtomobili idarə edən bacısının yanında əyləşən xanım sükanın bacısının əlindən çıxdığını və maşının yana getdiyini görərək, qəza keçirdiklərini güman edir. Bu an o, bacısının adını çəkib qışqırır və həmin anda səsi və nitqi tutulur.

Medicina.az xəbər verir ki, ailə 2 gün gözləsə də qızlarının dili açılmır. Əksinə o, danışa bilmədiyini görüb daha da qorxur və əsməyə başlayır. Gecələr yata bilmir.
Naəlac qalan ailə nevroloq, psixiatr, həkimlərə müraciət edir, pasiyentə ağır nootrop və sakitəşdirici dərmanlar yazılır, bir çox həkimlər isə qızın nə vaxt danışa biləcəyinə qarant olmur.
Pasiyent Medkonsilium vasitəsilə Bakıda beynəlxalq dərəcəli psixoterapevt və xüsusi müalicə metodikası olan Səidə Musayevaya yönlədirildi.
10 seansliq psixoloji və psixoterapevtik proqrama start verildi və cəmi 4 seans möcüzə nəticə alındı.
Həmin anı Səidə xanım belə xatırlayır:
“Aynurə xanım ilk gün ailəsi ilə gələndə demək olar, nevroloji durumu gərgin idi, qorxu içində və əsirdi. “Salam” sözünü kəkələyə-kəkələyə güclə deyirdi və ağlayırdı.
İlk öncə onlar nəticəyə inanmırdılar. Mən pasiyenti sakitləşdirib, əmin edib senslara başladıq.
Onun şüuraltında təkcə qəza ilə bağlı yox, ondan öncə də əsaslı qorxular kök salmışdı.
Təbii ki, belə ağır hallar 1-2 seansa düzəlmir. Biz 2 seansda xanımın fiziki bədən və beynini relaks və tam sakitləşdirici terapiya etdik ki, boğaz, səs tellərinin spazmı yumşalsın.
4-cü seansda seansın gedişində soruşdum: Aynurə indi necəsən. Nə hiss edirsən. O sakit halda, yaxşıyam, hər şey əladır dedi.
Və birdən öz səsindən diksindi. O heç bilmədi ki,bunları necə dedi. Sonra daha bir neçə kəlmə və qətiyyən kəkələmə, spazm olmadan danışdı.
Aynurə dərhal bacısına, anasına zəng etdi. Telefonun o tərəfindən sevincdən, şokdan qışqırıq səsləri eşidilirdi. Ailəsi onun zəng edib danışmasına inanmırdı.
Sabahı pasiyent və yaxınları təşəkkür çiçəkləri ilə gəldi. Lakin pasiyentlə iş hələ də davam edir, çünki xırda bir qəzadan bu dərəcədə ağır travmatik vəziyyətin yaranmasına səbəb başqa amillər idi. Şüuraltı ilə iş davam etməlidir.
Biz danışa bilməyən, müəyyən səbəbdən nitqi tutulan, danışmaqda gecikən, kəkələyən istər böyük, istər uşaqlarla xüsusi metodika ilə işləyirik. Bu metodika başqa heç bir yerdə yoxdur, çünki müəllif metodikasıdır”
Ailə və pasiyent etiraf edir ki, əgər vaxtında psixoteravtik seansa gəlməsəydilər, bəlkə də aylarla həkim gəzib, müxtəlif metodları sınayacaq, dərman qəbul edəcəkdilər.
Hesab edirik ki, əhaliyə müxtəlif sağlamlıq problemləri ilə bağlı ən yaxşı həkimi, ən yaxşı mütəxəssisi tövsiyə edən və yönəldən Medkonsaltinq xidməti ilk kiçik uğurlarını əldə edir.

Əgər sizin də övladınız və yaxınlarınızın bu kimi psixoloji, nitq problemi varsa, medkonsiliuma müraciət edə bilərsiz.
Eyni zamanda nevroz, panik atak, qorxular, depressiya, autism, təşviş pozuntusu, intihara meyillik və s. problemlər də xüsusi metodla həll edilir.
Əlaqə telefonu:
050 372 77 14
https://www.medicina.az/extra/medi-baku/ 








 

NUH informasiya agentliyi səhifəsindən çap edilib