Dərc edilib: 17-01-2021

https://www.nuh.az/27529-.html

5 ildir qəfəsdə saxlanılan QADIN – DƏHŞƏT… + VİDEO

17.01.2021 16:42:46

LIVE

Filipində psixoloji problem yaşayan 29 yaşlı gənc qadının müalicə xərclərini ödəyə bilməyən ailəsi tərəfindən 5 ildir qəfəsə salındığı ortaya çıxıb. Sözügedən ailə, qızlarının təhlükəsizliyi üçün bu yola əl atdıqlarını və paltarlarını yediyi üçün qızlarına çuval geyindirdiklərini söyləyib.


Yerli media gənc qadının 2014-cü ildə depressiya diaqnozu qoyulmadan əvvəl bir mağazada çalışdığını, ancaq psixi problem yaşamağa başladıqdan sonra ailəsi tərəfindən dəmir qəfəsə salındığını bildirib.

Ailəsi müalicə xərclərini ödəyə bilmədikləri üçün qızlarının qarabasmalar gördüyünü və ətrafına qarşı təhlükəli hərəkətlər etdiyini dilə gətirib.

Səlahiyyətli orqanlardan kömək istəyən ailə qızlarının görüntüsünü sosial media vasitəsi ilə yayaraq qızlarını bu vəziyyətdən xilas etmək üçün xahiş ediblər.moderator.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib