Dərc edilib: 18-01-2021

https://www.nuh.az/27541-.html

İlk olaraq Oqtay Şirəliyevə vuracaqlar peyvəndi

18.01.2021 10:26:41

LIVE

Bu gündən ölkədə start verilən Covid-19-a qarşı peyvəndlənmə tədbirlərindən biri də Bakı Sağlamlıq Mərkəzində keçirilir. 


“Qafqazinfo” xəbər verir ki, peyvəndlənmə prosesində ilk olaraq səhiyyə naziri, 71 yaşlı Oqtay Şirəliyev iştirak edəcək.

TƏBİB-dən Modern.az-a bildirilib ki, COVİD-19 vaksini Oqtay Şirəliyevdən başqa, ilkin olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlıya da  vurulacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib