Dərc edilib: 21-01-2021

https://www.nuh.az/27584-.html

Dollar uzunmüddətli ucuzlaşacaq

21.01.2021 10:36:40

LIVE

ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçmiş rəhbəri və hazırda Maliyyə naziri postuna namizədliyi irəli sürülən Canet Yellen dolların uzunmüddətli enişinə səbəb ola bilər.

Report   xəbər verir ki, bunu "Bloomberg”ə müsahibə verən mütəxəssislər bildirib.
Nəşrin bildirdiyinə görə Canet Yellen dövlət büdcəsi hesabına milli iqtisadiyyatın likvidliyini artırmağı planlaşdırır.
"National Australia Bank Ltd”nin mütəxəssisi Rodriqo Ketril bildirib ki, FED-in keçmiş rəhbərinin mövqeyi yeni hökumətin dolların düşməsinin qarşısını almaq üçün planlarının olmamasını göstərir.
"Australia & New Zealand Banking Group Ltd” şirkətinin mütəxəssisi Hun Qoya görə Amerika hökuməti dolların zəifləməsinə etiraz etmir. Buna, Yellenin milli valyutanın bazar məzənnəsinə riayət etmək niyyətində olduğu xəbərləri də işarə edir.
Yeni prezident Co Baydenin and içməsi belə dollara kömək etməyib. Gün ərzində Foreks bazarlarında dollar ucuzlaşıb - Avro/Dollar məzənnəsi 1,212 səviyyəsinə düşüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib