Dərc edilib: 21-01-2021

https://www.nuh.az/27585-.html

Trampın AİLƏ-si ilə bağlı yeni iddia

21.01.2021 13:37:58

LIVE

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp səlahiyyət müddətinin bitməsinə baxmayaraq, 13 ailə üzvü üçün “Gizli Xidmət” qorunmasının vaxtını uzatdırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Washington Post” nəşri məlumat yayıb.


İddia olunub ki, ABŞ rəhbərliyindən məsul olan “Gizli Xidmət” Trampın ailə üzvlərinin təhlükəsizliyini daha 6 ay təmin edəcək.

Buna görə, “Gizli Xidmət” eks- birinci xanım Melaniya Tramp, oğlu Berron, kiçik qızı Tiffani, böyük qızı İvanka və kürəkəni Cerad Kuşner və onların övladları kiçik Donald – Eriki qoruyacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib