Dərc edilib: 22-01-2021

https://www.nuh.az/27600-.html

Şəmkirdə jurnalist öldürüldü - Foto

22.01.2021 09:33:48

Kriminal

Bu gün Şəmkir rayonunda qətl hadisəsi baş verib.


"Qafqazinfo"nun məlumatına görə, rayon sakini Bəxtiyar Əliyev ov tüfəngindən atəş açılaraq öldürülüb. Onu rayon sakini Aslanov Vasif Elman oğlu güllələyib. Məlumata görə, B. Əliyev Vasif Aslanovu şantaj edirmiş.

Qətlə yetirilən şəxs özünü jurnalist kimi təqdim edib. Onun "Qərb bölgəsi press" adlı qəzetinin təsisçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib