Dərc edilib: 22-01-2021

https://www.nuh.az/27608-.html

Dərslər Bakda həftədə 3 dəfə olacaq

22.01.2021 15:08:22

Hadisə

“Fevralın 1-dən etibarən mərhələli şəkildə təhsilin bərpa olunmasına qərar verilib. İbtidai təhsil və məktəbəqədər təhsil qismən bərpa olunur”. 


“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib. 

O bildirib ki, dərslər Bakı, Sumqayıt və Abşeronda həftədə 3, sıxlığın az olduğu yerlərdə isə həftədə 4 və ya 5 dəfə əyani formada keçiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib