Dərc edilib: 23-01-2021

https://www.nuh.az/27623-.html

Putin sən OĞRU-san, rədd ol ÇAR - CANLI YAYIM

23.01.2021 13:24:09

Hadisə

Neva çayı üzərindən şəhərə giriş hissəsində təhlükəsizlik qüvvələrinin konvoyu görünüb. "Protestnıy Peterburq" telegram kanalının bir şahidə istinadən verdiyi məlumata görə, təxminən 20 hərbi "Ural" və Rusiya Qvardiya zabitlərinin olduğu Sestroretsk istiqamətindən şəhərə eyni markalı daha bir neçə maşını gedir.


Bu gün, Peterburqun mərkəzində etirazçılar müxalif siyasətçi Aleksey Navalnıya dəstək tədbirində iştirak etmək niyyətindədirlər. Səlahiyyətli şəxslər aksiyaya izn verilmədiyi barədə xəbərdarlıq ediblər. Rusiyanın digər şəhərlərində də oxşar etiraz aksiyalarına gedənlər saxlanılıb.

OMON Xabarovsk və Vladivostokda xüsusilə sərt davranıb.

Xatırladaq ki, bu gün Rusiyanın bir sıra əsas bölgələrində rusiya vətəndaşları hakimiyyətdən Navalnının həbsdən azad edilməsini tələb etmək üçün küçələrə çıxıblar. Aksiyaların icazəsiz olması iddia edilərək etirazçılar dağıdılıb. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, hazırda Rusiya daxilində təxminən 50 saxlanılan var.

Qeyd edək ki, bugünkü aksiyalar Xabarovsk, Vladivostok, Cənubi Saxalin, Blaqoveşşensk, Yakutsk, Kurqan, Vladirmir, İrkutsk, Komsomolsk-Amur, Krasnoyarsk, Moskva, Ulan-ude və Nijni Novqorodda qeydə alınıb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib