Dərc edilib: 23-01-2021

https://www.nuh.az/27624-.html

Oxatay Əsədovun xanımının "Kapriz"i təmir olundu - VİDEO

23.01.2021 13:37:19

Kriminal
Milli Məclisin sabiq sədri Oqtay Əsədovun Moskvanın "Saritsıno” metro-stansiyası yaxınlığında (Bakinskaya küçəsi 29) həyat yoldaşına məxsus məşhur "Kapriz" sauna-barı ötən bir il müddətində əsaslı təmir olunduqdan sonra bu günlərdə müstərilərinə xidmət göstərməyə başlayıb. 
NUH.az   xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Jurnalistin sözlərinə görə, deputatın həyat yoldaşına məxsus sauna-barın daxili interyeri tamamilə dəyişdirilib: 
"Kapital restavrasiyadan çıxmış istirahət mərkəzi ötən günlərdə yeni qiymətlərlə qapılarını yenidən müştərilərinin üzünə açıb. Təmir zamanı istirahət zonası və hovuzun daxili dizaynında bahalı və eksklüziv materiallardan istifadə edilib. Keçmiş spiker saunaya təbii dəri ilə işlənmiş rahat yumşaq mebellər sifariş edib. Zolaq podiumda striptiz üçün yeni dirək quraşdırılıb. Ziyafət salonu güzgülər və təbii ağaclarla bəzədilib. Saunanın aquazonasında led işıqlandırmadan istifadə olunub.
Qiymətlərə gəlincə, saatı 20-25 dollar təşkil edir.
"Kapriz” Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova Adil qızının adına rəsmiləşdirilib. Klubun təsisçisi olan "Arizarum Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin 

NUH informasiya agentliyi səhifəsindən çap edilib