Dərc edilib: 23-01-2021

https://www.nuh.az/27628-.html

ABŞ-dan Rusiyadakı etirazlara dəstək - Kreml qəzəbləndi

23.01.2021 20:49:15

Dünya

ABŞ Rusiya müxalifətinin bu gün keçkirdiyi aksiyalara reaksiya verib.

Modern.az   xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfirliyi yaydığı rəsmi məlumatda baş verənləri diqqətlə izlədiklərini açıqlayıb.
"Rusiyanın 38 şəhərində etiraz aksiyalarını diqqətlə izləyirik. ABŞ olaraq, bütün insanların dinc aksiyalar keçirmək və öz fikrini ifadə etmək azadlığını dəstəkləyirik”- deyə açıqlamada deyilir.
Rəsmi Moskva dərhal səfirliyin mövqeyini cavablandırıb. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi səfirliyə ölkənin daxili işlərinə qarışmamağı tövsiyyə edib.
"Öz problemlərinizlə məşğul olun və başqa ölkələrin daxili işlərinə qarışmayın”-deyə açıqlamada deyilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib