Dərc edilib: 23-01-2021

https://www.nuh.az/27630-.html

"Görəsən bizim babalarımız İranı idarə ediblər, yoxsa İrana xidmət ..?"

23.01.2021 21:24:29

Region

2010-cu il noyabrın 19-da Malayziyanın paytaxtı Kuala-Lumpurda İslam ölkələri təhsil nazirlərinin 5-ci Konfransı idi. Mən, Azərbaycan təhsil nazirinin müavini kimi ölkəmizi təmsil edirdim.
Qaldığımız oteldə səhər yeməklərinin birində təsadüfən İranın Ali təhsil naziri ilə bir masada 
əyləşdik. Fars idi, lakin türkcə gözəl danışırdı.

Təhsildən danışa-danışa keçdik tarixə.
Aramızda maraqlı bir dialoq oldu.
- Cənab nazir, 5 əsrə yaxın İranı azəri türkləri idarə ediblər. 
Səfəvilər, Əfşarlar, Qacarlar. 
Dövlətin də adı azəri türklərin adı ilə adlanıb deyə fikir bildirdim.
Maraqlı cavabı oldu nazirin.
- Ağaye nazir müavini, bəli 5 əsrə yaxın İranın 
möhtəşəm şahları azəri türkləri olublar. Allah rəhmət eləsin hamısına, xüsusilə, Şah Abbasa. 
Ən böyük hökmdarımız olub. 
Şah İsmayılı, Nadir Şahı çox sevirik. İndi də İranın Ali rəhbəri Seyid Əli Xamenei  azəri türküdür.
Lakin... Onlar İranı idarə etməyiblər, İrana 
sədaqətlə xidmət ediblər.
Bu günə qədər bu cavab məni düşündürür.
Gürcü Stalinin Rusiyaya sədaqətlə xidmət etdiyi kimi bizim babalarımız da İranı idarə ediblər, yoxsa xidmət ???
Elmar Qasımov, 
Bakı Ali Neft Məktəbinin rektoru

NUH informasiya agentliyi səhifəsindən çap edilib