Dərc edilib: 24-01-2021

https://www.nuh.az/27631-.html

Dəniz quldurlarının öldürdüyü azərbaycanlı

24.01.2021 10:37:54

Cəmiyyət

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyəyə məxsus "M/V Mozart" yük gəmisi Nigeriya yaxınlığında dəniz quldurları tərəfindən hücuma məruz qalıb.

Hücum zamanı gəminin ikinci mühəndisi, azərbaycanlı Fərman İsmayılov qətlə yetirilib.

Azərbaycan-Türkiyə XİN başçıları arasında baş tutan telefon danışığı zamanı İsmayılovun nəşinin Vətənə gətiriləcəyi bildirilib.

İlkin məlumata görə proses sabah baş tutacaq. publika.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib