Dərc edilib: 26-01-2021

https://www.nuh.az/27655-.html

Dünən Xırdalanda partlayışda özü öldü, qızının axtarışı davam edir

26.01.2021 09:49:04

LIVE

Dünən Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda ölən şəxs 33 yaşlı qadındır.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, dağıntılar altından 1988-ci il təvəllüdlü Aytən Musayevanın cəsədi tapılıb.

Onun digər ailə üzvləri - əri Vüsal Musayev və 12 yaşlı oğlu Firudin sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hazırda A.Musayevanın digər azyaşlı qızının axtarışları davam etdirilir.

Qeyd edək ki, dağıntılar altından 6 nəfər çıxarılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib