Dərc edilib: 27-01-2021

https://www.nuh.az/27674-.html

Putinlə Baydenin telefon danışığı oldu

27.01.2021 09:32:52

Maqazin

Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmakrı Co Baydenlə telefon danışığı olub.

 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin ABŞ Prezidenti kimi fəaliyyətə başlayan baydeni təbrik edib. Rusiyalı lider qeyd edib ki, Rusiya və ABŞ arasında əlaqələrin normallaşması dünyada təhlükəsizlik və sabitliyin dəstəklənməsində xüsusi məsuliyyət daşıdıqlarını nəzərə alaraq həm hər iki ölkənin, həm də dolayı yolla beynəlxalq ictimaiyyətin maraqlarına cavab verəcək.

Telefon danışığı zamanı ticarət-iqtisadi sahələr daxil olmaqla koronavirus pandemiyası kimi kəskin problemlə mübarizədə əməkdaşlıq imkanları müzakirə edilib.

Bundan başqa, ikitərəfli və beynəlxalq gündəmin aktual məsələlərinə də toxunulub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib